08 dekabr 2021 17:45
867

Çinin xarici valyuta ehtiyatları artıb

Çinin xarici valyuta ehtiyatları noyabrda da 3,2 trilyondan çox olub. Bu, əvvəlki ayla müqayisədə 0,15 faiz (4,8 milyard ABŞ dolları) artım deməkdir.

“İki sahil” xəbər verir ki, ardıcıl 7 aydır valyuta ehtiyatları 3,2 trilyon dollardan yuxarı olub.

Administrasiyanın rəsmisi Van Çunyin valyuta ehtiyatlarının çoxalmasını valyutaların yenidən hesablanması və aktivlərin qiymətindəki dəyişikliklərin ümumi təsiri ilə izah edib.

Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib ölkədir.