09 dekabr 2021 00:09
838

Səhiyyə naziri koronavirusa yoluxub - FOTO

Brüsseldə Avropa səhiyyə nazirlərinin iclasına gələn Danimarkanın səhiyyə nazirində koronavirus aşkarlanıb.

“İki sahil” xəbər verir ki, iclasdan əvvəl bütün qonaqlar test edilib. Danimarkalı nazir Maqnus Henikin nəticəsi müsbət çıxdığı üçün o, qaldığı oteldə təcrid olunub. Faktı Danimarka hökuməti də təsdiq edib. Hazırda təcrid rejimimdə olan nazir "Facebook" səhifəsində yalnız boğaz ağrısından əziyyət çəkdiyini bildirib.