Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və müavinləri, Yap Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəsissə və təşkilat rəhbərləri, ictimai birliklərin sədrləri, DİN-nin Polis Akademiyası və siravi və kiçik rəis heyəti hazırlayan məktəbin kursantları, bir qrup hərbi qulluqçu və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən ilk öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə əklik və gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilib.
Daha sonra Şağan qəsəbəsi, Şağan Mədəniyyət Mərkəzində Orxan Cabbarlının müəllifliyi ilə Azərbaycan Televiziyası tərəfindən lentə alınmış Ulu Öndər Heydər Əliyev haqqında “Unudulmaz gün” adlı sənədli filmin nümayişi keçirilib.
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi
Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir