09 fevral 2016 23:14
125

Beynəlxalq Enerji Agentliyi proqnozunu artırıb

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft təklifi ilə bağlı proqnozunu artıraraq hazırkı vəziyyətdə qiymətlərin daha çox ucuzlaşacağını bildirib.

AZƏRTAC xəbər verir ki, qurum İran və İraq kimi OPEC-ə üzv ölkələrinin bazarda neft təklifini artırdığı və tələbatın azalacağı qənaətindədir. IEA-ya görə, bu ilin ilk rübündə bazarda təklif tələbata nisbətdə gündəlik orta hesabla 1,75 milyon barrel çox olacaq.

Qurum keçən ay təklifin gündəlik orta hesabla 1,5 milyon barrel olacağını və OPEC-in hasilatı çoxaldacağı təqdirdə bu rəqəmin artacağını proqnozlaşdırmışdı.