20 dekabr 2021 11:32
773

Azərbaycanın nümayəndə heyəti Beynəlxalq Üzgüçülük Federasiyasının konqresində iştirak edib - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Beynəlxalq Üzgüçülük Federasiyası FİNA-nın təşkilatçılığı ilə konqres keçirib.

“İki sahil” xəbər verir ki, tədbirə 201 dövlətdən nümayəndə qatılıb. Azərbaycanı bu konqresdə Uzgüçülük federasiyasını vitse-prezidenti Elçin Həsənov və federasıyanın baş katibi Fərid Bənənyarlı təmsil edib.

Fərid Bənəyarlının sözlərinə görə, konqres çərçivəsində FİNA-nın prezidenti Hüseyn Əl-Müsəlləm 6 aylıq hesabatla çıxış edib. Ümumilikdə 2021-ci ildə görülən işlər qənaətbəxş hesab edilib.

Sonra FİNA-nın əsasnaməsində bəzi dəyişiklər barədə müzakirələr aparılıb. Müzakirələrdən sonra yeni təkliflər qəbul edilib.

Konqres çərçivəsində Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi digər ölkələrin federasiya nümayəndə heyətləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.