22 dekabr 2021 19:12
1695

Yeni ili ümidsiz qarşılayacaq olan ölkələr SİYAHI

“İpsos” beynəlxalq araşdırma şirkəti yeni ilə ən ümidsiz girəcək ölkələrin siyahısını hazırlayıb.

"İki sahil" Axar.az-a istinadən xəbər verir ki, araşdırma müxtəlif ölkələrdən olan insanlar arasında aparılıb.

2022-ci ilə böyük ümidlə baxan ölkələr siyahısında Çin birinci olub.

Türkiyə vətəndaşları baş verən qadın cinayətlərini, bir çox zorakılıq hallarını və valyuta məzənnəsinin dəyişməsi kimi halları səbəb gətirərək 2022-ci ilə ümidlərinin olmadıqlarını bildiriblər və siyahıda 3-cü yeri tutublar.

Aparılan araşdırmalar nəticəsində Yaponiya, Belçika, Almaniya, ABŞ, İngiltərə, İtaliya, Kanada, Argentina, Braziliya və Çili də 2022-ci ilə ən ümidsiz girəcək ölkələr siyahısında ön yerləri tutublar.