Liberiya Qərbi Afrikanın kasıb ölkələrindən biridir. Bu ölkədə əhalinin əksəriyyəti işsizdir və hədsiz yoxsul həyat sürür. Ancaq bütün bunlardan əlavə, ölkədə vizual olaraq, insanı şok edən bir şey var-bu, zibilə olan münasibətdir. Orada okean sahillərinə insanlar zibillik kimi yanaşırlar və bütün lazımsız şeyləri ora atırlar.
Ölkənin kanalizasiya sistemi də okeana axıdılır. Liberiyada okean sahilləri o dərəcədə plastik kütlə ilə zibillənib ki, hətta qumsal belə görünmür.
Zibil dağları arasında bəzən çeşidlənməyə çağıran plakatlara rast gəlinir. Onlar müxtəlif beynəlxalq təşkilatlar tərəfindən asılır. Ancaq təəssüf liberiyalılar reklam kampaniyası bitdikdən sonra bu plakatları okeana atdıqda heç narahat olmurlar.
Liberiyada, hətta paytaxtda belə normal yollar yoxdur. Tıxac və zibil bu ölkədə daim var. Şəhər motosikllərin, yük maşınlarının digər yol istifadəçilərinin daimi xaosundadır.
Axşam saatlarında balıqçılar tutduqlarını zibilli sahillərdə bölüşürlər.
Burada balıq dondurulmur: elektrik enerjisində problemlər var və çox bahadır,balıq sadəcə kəsilir və qurudulur.
Yağış orada çimib təmizlənmək üçün bir fürsətdir! Uşaqlar bunu birbaşa çirkli küçələrdə edirlər, çünki əslində başqa heç bir yer yoxdur.
Həm də yuyunmaq, çimmək və içmək üçün su ehtiyatı yığırlar.
İnsanlar demək olar ki, zibilxanalarda yaşayırlar.
Nubar Süleymanova, “İki sahil”