Dünyada bütün məktəblər həm təhsil sisteminə həm də arxitekturasına görə müxtəlif olur. Lakin sizə təqdim edəcəyimiz bu 6 məktəb digər məktəblərdən çox fərqlənir.
Üzən məktəb – Laqos, Nigeriya
Afrika sahillərində yerləşən bu üzən məktəb unikal memarlığa malikdir. Kiçik yaşlarından uşaqların evi olan bu məktəb əvvəlcə suyun səviyyəsinin qalxmasına qarşı tikilib. Həm sinif otaqları, həm də oyun meydançaları olan bu qeyri-adi məktəb hətta ekstremal hava şəraitində belə 100 uşağın təhlükəsizliyini təmin edə bilir. Bu üçmərtəbəli üzən məktəb piramida formasında dizayn edilib.
Küp məktəb – Kopenhagen, Danimarka
Bu məktəb 1100-dən çox şagirdin təhsil aldığı böyük və çoxşaxəli təhsil sisteminə malik bir məktəbdir. Dərslər xüsusi hazırlanmış “gimnazium” adı verilən geniş bir şüşə küpün içində keçirilir. Açıq sahədə rahat oturmaq üçün baraban deyilən yerlər ayrılaraq ayrı-ayrı hissələrə bölünüb. Tələbələr bu məkanda xüsusi yaradıcılıq qabliyyətinə və düşüncəyə sövq edilirlər.
Ofis məktəb – Ohio, ABŞ
Bu məktəbin sinif otağı yoxdur. Böyük bir zalda hər tələbə üçün xüsusi ofis yaradılıb. Hər tələbənin ona rəhbərlik edəcək müəllimi və kompyuteri var. Bu məktəbdə şagirdlər özləri dərslərini öyrənirlər və ancaq sualları olanda müəllimə müraciət edirlər.
Real məktəb - Rhode İsland, ABŞ
Bu məktəbdə şagirdlər ən başlıcası nə sevdiklərini öyrənirlər. Tələbələrə pəşəkarlığı öyrətmək üçün müəllimlər seçilir. Tələbələr gələcəkdə sahib olmaq istədiyi peşəyə burada yiyələnə bilirlər. Bu tədris strategiyası ABŞ-da 55 məktəb tərəfindən qəbul edilib.
Uşaqlara təhlükəli şeylər öyrədilən məktəb - San Fransisko, Kaliforniya
Bu məktəbdəki müəllimlər, valideynlərə uşaqlarının etməmələri lazım olan ən təhlükəli şeyləri soruşub və onların əsasında bir tədris planı hazırlayıblar. Burada uşaqların odla oynamasına, ev alətlərini sökməsinə və rəsm çəkməsinə icazə verilir. Ancaq bütün bunlar müəllimlərin nəzarəti altında baş verir.
Yaşıl məktəb - Fransa
Bu məktəbin hər tərəfi yaşıllıqla örtülüdür. Binanın damı və bütün həyətyanı sahələr belə yaşıl otla örtülüb. Tozlu siniflərdə oturmağın zərərli olduğu və tələbələrin mümkün qədər təmiz havada dərs öyrənməsinə üstünlük verilir. İsti havalarda sinifdəki şagirdlər otların üstündə dərs keçirlər.
Vüsal Cahanov, “İki sahil”