2021-ci ilin payızında “YouTube” bütün dünyada uşaqlar üçün ən populyar platforma olub. Bu, “Kaspersky Lab” analitiklərinin gəldiyi nəticədir.
Sentyabrdan noyabr ayına qədər uşaqlar “YouTube” video hostinqində daha çox vaxt keçiriblər. İkinci yeri 19 % payla “WhatsApp” messenceri, üçüncü yeri isə “TikTok” tutub.
“YouTube”da uşaqlar ən çox oyun məzmunu axtarırlar. Uşaqların axtarış sorğularının sayında ikinci yeri musiqi, üçüncü yeri filmlər və cizgi filmləri tutub. “Kaspersky Lab” valideynlərə uşağın təhlükəsizliyini təmin etmək üçün onun şəbəkə maraqlarından xəbərdar olmağı tövsiyə edib. Yaxşı olar ki, övladınızın sevib izlədiyi bloqçuları izləyin və valideyn nəzarəti proqramlarından istifadə edin.
Nubar Süleymanova, “İki sahil”