Alıcısı gizli saxlanılan 28 milyon dollar qiymət etiketi ilə dünyanın ən bahalı avtomobili olan "Rolls-Royce"ın sahibi məlum olub.
"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, lüks avtomobil dünyaca məşhur müğənni Beyonsla həyat yoldaşı, reper Cey-Z-yə məxsusdur.
Maşının rənglənməsində istifadə olunan “Blue Ivy” adlı mavi rəngin cütlüyün böyük qızının adı ilə bağlı olduğu iddia olunub. Ümumilikdə ikili bu barədə hər hansı məlumat verməkdən imtina edib.
Britaniyanın "The Telegraph" qəzetinə avtomobil sənayesindəki mənbədən verilən məlumata görə, nəqliyyat vasitəsinin bütün detalları cütlüyün sevimli əşyalarına uyğun gələn şəkildə sifariş edilib. Sifarişçilər haqqında səslənən səyahət, macəra və əyləncə sevgisi olan, avtomobil, saat kolleksiyaçıları, şərab sevmələri kimi təqdimatlar cütlüyün həqiqətən də Beyonsla Cey Z olduğunu doğrulayır.
Avtomobilin arxa hissəsində nahar dəsti, soyuducu, fırlanan kokteyl masaları, açılan stullar və çətir var. Uzunluğu 5,8 metrdən az olan nəqliyyat vasitəsi dörd oturacaqlı və iki qapılıdır. Bahalı olmasına səbəbi dünyada hazırda mövcud olan üç belə kabrioletdən biri olmasıdır. 1813 unikal hissədən ibarət avtomobil dörd il ərzində dizayn edilib.
570 at gücündə 6,75 litrlik tvin-turbo V12 mühərrikə malik avtomobildən indiyə qədər yalnız biri istehsal olunub.