01 yanvar 2022 21:00
758

1 dəqiqəyə 650 min dollar qazanırlar

Şahzadə Harri ilə həyat yoldaşı Meqan Markılın "Spotify"dan qazandığı məbləğ bəlli olub.

"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, 2020-ci ildə sözügedən şirkətlə 25 milyon dollarlıq müqavilə imzalayıb. Onlar bu məbləği "Archewell Audios" şouları üçün alıblar.

Meqanın danışıqlarının hər 1 dəqiqəsi servisə 650 min dollara başa gəlib. Son günlər isə onların müqaviləsi təhlükə altındadır. Belə ki, Harri və Meqan uzun müddət sonra ancaq 35 dəqiqəlik səsyazısı yayıblar.

Onun isə baxış sayı gözləntiləri doğrultmayıb. Meqan çıxışı üçün 18 milyon funt-sterlinq qazanıb. Servis isə avansın böyük hissəsini ödəyib.