Çin Xalq Respublikasının Dövlət Kosmik İdarəsi "Tyanven-1" kosmik zondunun orbital modulu tərəfindən çəkilən Marsın bir sıra şəkillərini yayımlayıb.
“İki sahil” xəbər verir ki, modul Yerdən 3,5 milyon km məsafədə olmaqla Mars orbitində 526 gün işləyir. Fotonun ötürülməsi təxminən 19,5 dəqiqə çəkib.
Qeyd edək ki, zond 23 iyul 2020-ci ildə Vençan kosmodromundan (Haynan əyaləti, Cənubi Çin) CZ-5 ("Çançjen-5") ağır raket-daşıyıcısı ilə buraxılıb.