02 yanvar 2022 12:06
1156

Bu il insanlara yardım edəcək robot hazırlanacaq

“Tesla” və “SpaceX”in qurucusu İlon Mask 2022-ci ilin sonuna kimi insanabənzər robotun işlək prototipini yaratmaq istəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, robot “Tesla Bot” adlandırılacaq.

İnsanabənzər robotun təkamül edə biləcəyi güman edilir.

İlk növbədə “Tesla Bot” insan üçün sadə işlər görəcək, təsərrüfatda tərəvəz və ya meyvə yığacaq.

Dünyanın ən varlı adamı olan İlon Mask vurğulayıb ki, hər bir robot ilk növbədə öz sahibinə uyğunlaşdırılacaq.