Aparıcı, aktyor Ali Sunalın qızları ilə paylaşdığı foto gündəm olub.
“İki sahil” xəbər verir ki, aktyor yaxın zamanda qızı üçün ətək geyinən müğənni Tarkanı xatırlayaraq, ata olmağın necə bir hiss olduğunu izləyicilərlə bölüşüb:
"Qız atası olmağın gözəlliklərindən biri də bu deyil, Tarkan? Bir ətəyim çatmırdı".
Alinin qızları Narin və Nillə olan şəkli Tarkan da daxil olmaqla izləyicilər tərəfindən bəyənilib.