04 yanvar 2022 10:09
998

Fərqli gün, ay və ildə doğulmuş əkizlər - FOTOLAR

ABŞ-ın Kaliforniya ştatında qadın 2021-ci ildən 2022-ci ilə keçən gecə əkiz dünyaya gətirib.

“İki sahil” xəbər verir ki, biri qız, digəri oğlan olan uşaqlar fərqli gün, ay və illərdə doğulmuş olublar.

Belə ki, Fatima Madrigal və Robert Trujillo cütlüyünün oğlu doğulandan 15 dəqiqə sonra qızları dünyaya gəlib.