05 yanvar 2022 02:41
1402

Tesla”nın elektromobil satışı 87 faiz artıb

Tesla” şirkəti ötən il 936 min 172 ədəd elektrik avtomobili satıb.

“İki sahil” xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 87 faiz çoxdur. Bu rəqəm indiyədək qeydə alınmış ən yüksək göstəricidir. 

Qeyd edək ki, “Tesla” və “SpaceX” kompaniyalarının qurucusu İlon Maskın varidatı 300 milyard dolları keçib.