05 yanvar 2022 16:07
1195

Burada evlər qayalıq altındadır - FOTO

Setenil de las Bodegas İspaniyada bəşər tarixində uzun tarixi keçmişə sahib məhşur bir kənddir. Bura o qədər təbiidir ki, bütün kənd qayalıq altında salınıb və tarixi də elə bu andan başlayıb. Kənd öz görünüşünə görə digər yerlərdən fərqlənir. Gəlin bu maraqlı kənd ilə birlikdə tanış olaq.

Bu kənd  İspaniyanın 17 muxtar regionu arasında ən çox əhalisi olan Andalusiya bölgəsinin Kadis əyalətinin Sierra de Kadis rayonunda yerləşir. Kadis şəhərinin şimal-şərqində yerləşən kənddə  3 minə yaxın insan yaşayır. Bura  çox qədim yaşayış məntəqəsidir. Burada insanların eradan əvvəlki dövrlərdən bəri yaşadığı təxmin edilir.

Hər yer qayalıq olduğuna görə sıfırdan ev tikməyə ehtiyac yoxdur. Təkcə ön divarların olması yetərlidir. Yay, qış fəsillərindən asılı olmayaraq bu maraqlı evlər yayda çox isti, qışda isə çox soyuq olmur. Kəndin sakinləri bir qayanın altında yaşasalar da, onların həyat tərzinin digər insanlardan fərqli olduğunu söyləmək düzgün olmazdı. Buradakı barlar, restoranlar və marketlər bölgənin ən yaxşı yerləri kimi qeyd olunur. Əsasən də, Andalusiya şərabı, balı və zeytun yağı bölgənin ən yaxşı məhsullarıdır. Yaz-yay aylarında turistlərin ən çox gəldiyi vaxtlarda kənddə xüsusilə də həftə sonları restoran və kafelərdə boş yer tapmaq çətindir. Latın dilində “septem nihil” mənasını verən “Setenil” “yeddi dəfə yox” deməkdir.

Bu adın ortaya çıxma hekayəsi isə dövrün katoliklərinin bölgəni andaluslardan 7 dəfə almağa ithafən həsr edilib. Qayaların altındakı sərin ərazilər yerli qidaları böyük bir sahədə asanlıqla saxlaya bildiyi üçün adın sonuna anbar mənasını verən “Bodegas” əlavə edilib.

Vüsal Cahanov, “İki sahil”