Ötən il ərzində Hindistan xaricdən rekord məbləğdə – 55,7 mlrd. ABŞ dolları dəyərində qızıl idxal edib.
"İki sahil"in "Reuters"ə istinadən verdiyi məlumata görə, idxal olunan qızılın həcmi isə 2,4 dəfə artaraq 1 050 ton təşkil edib. Təkcə dekabrda 86 ton qızıl xaricdən gətirilib.
Hindistanda alıcılarının qızıla artmış tələbatı COVID-19 pandemiyası səbəbi ilə təxirə salınan toyların keçirilməsi və yeni toy məclislərinin baş tutması ilə izah edilir.
Dekabrda qızıla tələbatın adekvat təklif ilə kompensasiyası fonunda qiymətli metalın qiyməti orta qiyməti 2020-ci ilin eyni ayı ilə müqayisədə 22,9% azalaraq 58,1 dollar/qram təşkil edib.