Yaponiyanın “Sony” korporasiyası yeni elektrik avtomobil texnologiyası bölməsinin yaradıldığını elan edib. “Sony”, həmçinin ABŞ-ın Las-Veqas şəhərində keçirilən “CES 2022” sərgisində ikinci elektrik avtomobilinin prototipini nümayiş etdirib.
Yeni bölmə “Sony Mobility” adlanacaq və bu yaz fəaliyyətə başlayacaq.
“Sony”nin öz elektrik avtomobillərini kütləvi istehsal edib-etməyəcəyi hələlik bəlli deyil. “Bununla yanaşı, şirkətin rəhbəri Keniçiro Yoşidanın sözlərinə görə, şirkət “Sony” elektromobillərinin kommersiya bazarına çıxarılması imkanlarını nəzərdən keçirir”, -deyə “İnterfaks” xəbər verir.
Nubar Süleymanova, “İki sahil”