07 iyul 2020 17:16
432

276 qanunsuz miqrantın olduğu gəmi saxlanıldı

Türkiyənin İzmir sahillərində 276 qeyri-qanuni miqrantın olduğu gəmi saxlanılıb.

Bu barədə İzmir polis idarəsi məlumat yayıb. Bildirilib ki, gəmidə yoxlanış aparılıb.

Əfqanıstan, Banqladeş, Suriya, Mərkəzi Afrika Respublikası, Somali və İrandan olan miqrantlar Türkiyənin müxtəlif yerlərindən İzmirə gələrək gəminin anbarında gizləniblər.

Saxlanılanlar arasında 46 qadın və 59 uşaq var. Avropaya miqrantların qanunsuz qaçaqmalçılığının təşkilinə görə 8 nəfər tutulub.