Türkiyəli aktrisa Nilperi Şahinkaya yutubda yayımlanan proqramlardan birində qonaq olub.
“İki sahil” xəbər verir ki, aktrisa döymələrinə görə çəkiliş meydançasında rejissorlarla problem yaşadığını bildirib:
"Ən böyük peşmanlığım kürəyimdə və belimdə olan iki döymədir. Böyük hissəsi qaradır. Çəkiliş meydançasında bu problem yaradır. Buna görə rejissorlar məni həmişə danlayır".
Qeyd edək ki, Nilperi sonuncu dəfə "Yasak elma" serialında və "Aynen aynen" adlı dijital layihədə yer alıb.