06 yanvar 2022 14:40
949

9 nəfərin yaşadığı ada-  Kotisaari/FOTO

Finlandiyanın şimalında yerləşən Rovaniemi indiyə kimi gördüyünüz heç bir şəhərə bənzəmir. Laplandiya bölgəsinin paytaxtı olan şəhər Şimal qütb dairəsində yerləşən xüsusi bir yerdir.

Şəhərdəki Kotisaari adası da olduqca maraqlıdır. Rovaniemi Avropanın şimalında ən çox ziyarət edilən yerlərindən biridir. Əslində nağılları xatırladan bu şəhəri digər şəhərlərdən fərqləndirən ən mühüm xüsusiyyət bu deyil.

Şəhərin ən mühüm xüsusiyyətinə keçməzdən əvvəl, gəlin bu maraqlı yerlə birlikdə tanış olaq.

Şəhərdə yarımqütb iqlimi hökm sürür. Bu nə deməkdir? Uzun qışı və çox qısa yayı olan Rovaniemidə iyulda ən yüksək temperatur 19 dərəcə olur. Ən aşağı temperatur yanvar ayında mənfi 15 dərəcə müəyyən edilib. Rovaniemidə buzdan hazırlanmış otellər, donmuş göldə gəzintilər və arktik heyvanlar da sizin marağınıza səbəb ola bilər.

Rovaniemidə maraqlı bir ada

Bu maraqlı adada cəmi 9 nəfər yaşayır. Kotisaari adasını gözəl edən səbəblərdən biri də məhz coğrafi mövqeyidir. Adanı görən hər kəsin diqqətini çəkir və heyranlığına səbəb olur. Ada  qışda donur və dənizlə birləşir.

Bölgəyə əsasən Helsinkidən gedilir. Şəhər odunçular üçün ənənəvi sığınacaq yeri kimi bilinir. Adaya yalnız Kemi çayı boyunca qayıqlarla getmək olar. Rəngarəng şimal işıqlarına da hakim olan bu ada, ağac kəsmə sənayesi üçün istifadə edildiyi üçün bir zamanlar taxta qala kimi də tanınıb.

Vüsal Cahanov, “İki sahil”