08 yanvar 2022 09:53
854

“Twitter” yeni funksiyanı sınaqdan keçirir

“Twitter” yeni funksiyanı - tvitlərə foto və video cavabları sınaqdan keçirməyə başlayıb.

“İki sahil” xəbər verir ki, istifadəçi mesaja şəkil və ya video çəkə biləcək, orijinal qeyd isə yuxarıda görünəcək.

Şirkət yeni funksiyanı söhbətə qoşulmaq üçün “daha ​​yaradıcı yol” adlandırır.

Funksiya yalnız iOS-da sınaqdan keçirilə bilər. Yenilik hələ ki, məhdud sayda istifadəçilər üçün əlçatandır.

Reaksiyalar ümumi lentdə dərc olunacaq.