10 yanvar 2022 21:31
1226

ABŞ-da pilot ölümdən son anda xilas edildi - VİDEO

ABŞ-ın Los-Anceles şəhərində xilasedicilər qəzaya uğrayan yüngülmühərrikli təyyarənin yaralı pilotunu qatarla toqquşmadan son anda xilas edə biliblər.

“İki sahil” xəbər verir ki, hadisə ilə bağlı təhlükəsizlik kamerası ilə çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayımlanıb.

Qəzaya uğrayan təyyarə dəmir yol reysinə düşüb. Kabində yalnız pilot olub. Xilasedicilərin çevik hərəkətləri sayəsində qatar təyyarə ilə toqquşmazdan 5 saniyə əvvəl pilot xilas edilib.

Los-Anceles polis departamenti xilasedicilərə təşəkkür edib.