Britaniyalı "Gözəllik şahzadəsi" Lin Klayv Suriyada dünyaya gəldiyi üçün Amerikaya viza ala bilmir.
“İki sahil” xəbər verir ki, bu barədə Lin öz instaqram hesabında məlumat yayaraq bunun haqsızlıq olduğunu dilə gətirib: "Həyat yoldaşıma və qızıma viza verildi, amma mənə yox. Buna səbəb mənim doğulduğum yerdir. Halbuki Britaniya vətəndaşı kimi müraciət etmişdim".