İsveç Əmək Bazarının Qiymətləndirilməsi və Təhsil Siyasəti İnstitutu araşdırma aparıb və tezliklə süni intellektlə əvəzlənəcək onlarla peşəni müəyyən edib.
“Dagens Nyheter” nəşri qeyd edir ki, süni intellekt texnologiyası getdikcə daha çox funksiyanı yerinə yetirməyə başlayır və bu, gələcəkdə müxtəlif fəaliyyət sahələrində əmək haqqı baxımından cəmiyyətin təbəqələşməsinə gətirib çıxaracaq.
“Maraqlıdır ki, texnologiya nəinki ixtisaslı kadrları, hətta bəzi həkimləri, məsələn, radioloqları əvəz edə bilər”, -deyə Danderyud xəstəxanasının ortoped-cərrahı Maks Qordon bildirib. Süni intellekt artıq müxtəlif sınıq növlərini müəyyən etməyi öyrənib və gələcəkdə müalicəni də tövsiyə edə biləcək.
"Süni intellekt bu işi dərhal yerinə yetirməyə qadirdir ki, bu da hazırda kadr çatışmazlığımız olan sənayedə vaxt aparan işlərin sayını azaltmağa kömək edəcək", - Qordon izah edib.
O, qeyd edib ki, texnologiya ortopediya ilə yanaşı, təcili yardım, ginekologiya kimi sahələrdə də tətbiq oluna bilər. Həmçinin tibb bacısı çatışmazlığını azaltmaq mümkün olacaq.
Bundan əlavə, süni intellekt onlarla başqa peşə sahiblərini də əvəz edə biləcək. Söhbət mühasiblər, fotomodellər, poliqrafiya sənayesi, ağac emalı, kimya və metallurgiya sənayesində maşın operatorları, kassir və satıcılar, kənd təsərrüfatında kiçik kadrlar, təmizləyicilər, maşinistlər, montajçılar, kiçik inzibati heyət, qaynaqçılar, inşaatçılar, agentlər, sürücülər, meşəbəyi və poçtalyonlar kimi mütəxəssislərdən gedir.
Nubar Süleymanova, “İki sahil”