“Microsoft”un qurucusu, milyarder Bill Qeyts koronavirusun yeni, daha yoluxucu ştammının yaranma ehtimalı barədə danışıb.
“İki sahil” xəbər verir ki, milyarderin sözlərinə görə, 2022-ci ildə COVID-19-un daha yoluxucu variantının ortaya çıxması ehtimalı azdır.
B.Qeyts əlavə edib ki, “Omikron” ştammı ilə əlaqədar bir çox insan azı gələn il immunitetə malik olacaqlar.
“Ola bilər ki, bir müddət hər il koronavirusa qarşı peyvənd olaq”, - deyə “Microsoft”un qurucusu vurğulayıb.