12 yanvar 2022 12:57
818

Ağalarovlarla işbirliyindən 10 milyard qazanmağı planlaşdırır

Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest karyerasında ilk dəfə yaxın zamanda Rusiyaya gəlməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə onun ortağı Əmir Sadan "Billboard"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, reper bu il Moskvada konsert verəcək. Təşkilatçıların artıq şou üçün "Crocus City Hall" və "Lujniki" idman kompleksi ilə razılaşdığı açıqlanıb. Kanyenin konsertə Rusiya prezidenti Vladimir Putini də dəvət etmək istədiyi bildirilib. 

Eyni zamanda biznesini Rusiyada genişləndirməyi planlaşdıran ifaçı “Crocus Group”un sahibi Araz Ağalarovla işbirliyi qurmaq istəyir.

Bundan başqa, o, Azərbaycanın Xalq artisti Emin Ağalarovla da əməkdaşlıq etməyi planlaşdırır. 

Reper yeni işgüzar sövdələşmələrlə sərvətini 10 milyard dollardan çox artırmaq niyyətindədir.