13 yanvar 2022 11:00
4087

İnsan bədənində yaşaya bilən 10 ən qorxulu parazit/FOTO

Hər kəs ağcaqanadların və digər parazitlərin, məsələn, malyariya kimi  dəhşətli xəstəliklər daşıması haqqında eşidib, lakin hər kəs bilmir ki, onlar hətta içimizdə də yaşaya bilərlər. Parazitlər, yəni qurdlar və böcəklər insan bədənində sərbəst şəkildə yaşaya bilən  canlı varlıqlardır. Ən pisi odur ki, onlar illərlə, on illərlə yaşayıb, özlərini hiss etdirmirlər.

Negleria Foulera

“Zombi”lər insan beyni ilə qidalanan beyinsiz canlılardır. Negleria Foulera də eyni cür davranır, o da beyni yeyir və sinir sistemini zədələyir. Bu parazitin varlığını müşayiət edən simptomlara baş ağrısı, ürəkbulanma, qusma və hətta ölüm daxildir. Bu, çox nadir bir parazitdir, dünyada yalnız minə yaxın yoluxma halı məlumdur. Çirklənmə mənbəyi isti su hövzələridir, buna görə də üzərkən diqqətli olmaq lazımdır.

Onxoçerkoz

“Filaria onchocerciasis” insanda korluğa səbəb olan bir qurd, helmintdir. Qeyri-sivil bölgələrdə yoluxma şansı böyükdür. Parazit yalnız insanın buynuz qişasına təsir edərək, görmənin itməsinə səbəb olur. İnsan immuniteti paraziti tanıya bilmir, ona görə də korluq qaçılmazdır.

Bakroft Filaria
Bu paraziti çox vaxt fil paraziti adlandırırlar, lakin nəhəng olduğuna görə deyil, insan bədənini zahirən eybəcərləşdirdiyinə görə. Filariya insan orqanizminə daxil olduqdan sonra digər parazitlər kimi davranır. Bir il sonra qurd yetkinləşir və bədəndən mayenin çıxmasına nəzarət edən limfa sisteminə daxil olur. "Yoldaşları" ilə yetkin bir qurd drenaj kanallarını bağladıqca, maye bədəndən çıxmır, yığılır, nəticədə əzalar filin ayağı kimi olur.

Loa loa

Loa Loanın adı daha çox ekzotik adada tropik çimərlikdəki kokteylin adına bənzəyir. Amma əslində bu, həşərat dişləməsi ilə yoluxa bilən parazitdir. Sürfə dişləmə yolu ilə insan bədəninə nüfuz edir, dişləmə sahəsində bir müddət yaşayır, iltihab və ağrıya səbəb olur. Zamanla qurd böyüyür və gözə nüfuz edə bilər, insan hətta onun orada necə hərəkət etdiyini hiss edəcəkdir. Qurd bədəndə 17 ilə qədər yaşaya bilir.

Ovod

Ovod insan bədənində yumurta qoya bilir. Əgər Ovod qurbanı kimi birini seçibsə, o zaman yumurtalardan çıxacaq minlərlə sürfə daşıyacaq. Sürfə böyümək üçün ətrafda tapdığı hər şeyi, yəni əti yeyəcək, nəticədə dəridə dəlik yaranacaq və insan sürfənin dəri altında necə hərəkət etdiyini hiss edəcək. Bu parazitin və ya yumurtasının çıxarılması yalnız bir cərrahın köməyi ilə mümkündür.

Rişta

Bir insan təmizlənməmiş suyu olan su anbarlarında üzəndə və ya çimərkən, su birəsini uda bilər. Bu birələr oturub çirklənmiş göllərdə və gölməçələrdə  ovlarını gözləməyi sevirlər. Mədəyə daxil olduqda mədə şirəsi birəni əridir, lakin birə içərisində olan rishta (drakunkuloz) məhv olmur.

Bir il sonra qurd 60-90 sm uzunluğa çatır. İnsan bədəni onun üçün kiçik olur və ondan səthə çıxmağa çalışır. Bədən sanki yanmağa başlayır, yanma hissi və ağrıdan xilas olmaq üçün soyuq suya qərq olmaq arzusu yaranır, amma qurdun ehtiyacı olan elə budur! O, minlərlə sürfəsini suya buraxır, özü isə bədəndə qalır.

Adi Vandellia - Vampir Balığı

Həm valideynlər, həm də səlahiyyətli orqanlar həmişə çayda, göldə və ya hovuzda üzərkən sidik ifraz etməyin qadağan olduğunu xatırladırlar. İndi, şübhəsiz ki, adi vandellia haqqında oxuduqdan sonra heç kim bunu etməyəcək. O, Amazonda yaşayan, sidik ifrazı zamanı sidik kisəsinə daxil olan çox kiçik balıqdır. Bədəndə qan və ətlə qidalanır, şiddətli ağrılara səbəb olur.

Askarida

İnsan bədənində ascaris adlı qurdun uzunluğu 30 sm-ə qədər böyüyə bilər. Kənd yerlərində bu qurda yoluxmaq asandır. Qurdların sayı maksimuma çatana qədər onun içəridə yaşaması heç bir əlamətlə müşayiət olunmur. Əgər bu baş verərsə, onda baş ağrıları, qızdırma, ürəkbulanma, ishal və s. halları olur. Əsasən, dəyirmi qurdlar uşaqlara böyüklərdən daha çox təsir edir, çünki əllərini daha az yuyurlar.

Gənə

Gənə dəridə qaşınma və qırmızı ləkələrə səbəb olur. Bu kiçik parazit dəridə dəliklər qazır və orada çoxalır; qanla qidalanır. Gənələr dərinin hər hansı bir hissəsinə təsir göstərə bilər, lakin çox vaxt əllərin arxa hissəsində, qoltuqlarda və və s. yerlərdə olur.

Lent qurdu

Demək olar ki, ən pis parazitdir. Əsasən insan beynində yaşayır və 20 il ömür sürür. Bu dövrdə simptomlar o qədər tez-tez baş verir ki, onları parazitin həyati fəaliyyəti ilə əlaqələndirmək olduqca çətindir. Böyüyəndə ağasını öldürməyə çalışır. Çirklənmiş su və ət yeməklə parazitə yoluxa bilərsiniz.

Nubar Süleymanova, “İki sahil”