13 yanvar 2022-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzi tərəfindən “20 Yanvar-Şərəf və Qürur Günümüz!” adlı inşa müsabiqəsinə start verilibdir. Müsabiqə Lənkəran şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilir.
Keçirilən “20 Yanvar-Şərəf və Qürur Günümüz!” adlı inşa müsabiqəsi ilə maraqlananda Mərkəzdən bildirdilər ki, burada əsas məqsəd yetişməkdə olan gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsində, onlarda doğma Vətənə, torpağa məhəbbət hissinin aşılanmasında, eləcə də Azərbaycanı sevən, onu hər an müdafiə etməyə hazır olan bir vətəndaş kimi formalaşmasında ibarətdir.
O da bildirildi ki, müsabiqə başa çatandan sonra qaliblər Lənkəran şəhər Heydər Əliyev Mərkəzi tərəfindən təsis olunmuş fəxri diplomlarla təltif olunacaqlar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib