14 yanvar 2022 12:34
1255

Cəbrayıl DOST mərkəzi yaradılacaq

“DOST mərkəzlərindən əlavə bizim xidmətlərin əlçatan olmağı üçün mərkəzlər olmayan regionlarda filialların açılması nəzərdə tutulub”.

“İki sahil” xəbər verir ki,  bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib. Onun sözlərinə görə, DOST mərkəzi özündə bütün xidmətləri əhatə edir və orada tibbi-sosial ekspert komissiyası da yerləşir:

“Filiallar isə daha çox müraciət olunan birinci dərəcəli əsas xidmətlərin göstərilməyi üçündür. Bildiyiniz kimi, iqtisadi rayonlar yenidən təşkil olunub. Hər iqtisadi rayonda bir regional mərkəzimiz olacaq. O mərkəzin əhatə etdiyi digər rayonlarda filiallar olacaq. Məsələn, regional DOST mərkəzi Masallıda olduğu üçün Lerikdə DOST filialı açılacaq. Həmin şəxslər filiallardan da, mərkəzdən də xidmət ala bilər. Bu ona görə edilib ki, hər xidmətə görə mərkəzə getməyə ehtiyac yaranmasın. Qarabağda Şuşa DOST filialı yaradılacaq. Son yaradılan Şərqi Zəngəzur iqtisadi rayonu ilə bağlı da bildirim ki, Cəbrayıl DOST mərkəzinin yaradılması nəzərdə tutulub”.