14 yanvar 2022 18:15
1123

Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert olacaq

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, professor, “Humay” milli mükafatı laureatı, bəstəkar Azər Dadaşovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil ediləcək.

Filormoniyadan "İki sahil"ə verilən məlumata görə, Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında bəstəkarın əsərləri səslənəcək.

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilir.