14 yanvar 2022 21:42
998

Banklara ipoteka üçün yeni limitlər ayrılıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka müvəkkil banklara yeni limitlər ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə  Fonddan bildirilib. Məlumata görə, limitlər yanvarın 17-də, saat 11:00-da aktivləşdiriləcək.

Xatırladaq ki, bu günə qədər İKZF 36 838 borcalana 2 milyard 000,674 milyon manat kredit verib.