17 yanvar 2022 13:47
1426

Xəyanəti bağışladı, barışdılar

Türkiyəli müğənni İrem Derici ilə həmkar sevgilisi Cem Belevi barışıb.

“İki sahil” xəbər verir ki, İrəm ona xəyanət edən Cemi bağışlayaraq yenidən sosial media üzərindən bir-birilərini izləməyə başlayıblar. Cütlüyün paylaşdığı fotolar da onların barışdığını təsdiqləyib.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl İrem Cem haqqında "Məni aldatdı, üstünü açdım. Ağıllı qadınam. Allah cəzalarını verəcək" sözlərini işlətmişdi.