17 yanvar 2022 14:27
840

Seriallara çəkilmək üçün aktyorlara 30 manat verilir VİDEO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Telli Hüseynova seriallara çəkilmək üçün təklif edilən qonorarın məbləğindən gileylənib.

“İki sahil” xəbər verir ki, o, aktyorlara 30-50 manat verildiyini bildirib:

“Elə məbləğ deyirlər ki, evdən çıxmağa dəyməz. Salona heç getməsəm, taksi pulum edir. 28 ildir bu sənətdəyəm. Sizdən heç paltar da istəmirəm. Heç olmasa 100 manat verin. Vermirlər, mən də çəkilmirəm. Buna görə də kimi gəldi, çəkirlər. Seriallarımız da buna görə bu gündədir”.