17 yanvar 2022 20:39
853

Polis əməkdaşı toqquşan avtomobillərin arasında qalıb VİDEO

Bakıda yol polisi əməkdaşının yanında ağır qəza olub.

“İki sahil”  Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb.

Kəsişmədə “Opel” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı yol patrul xidmətinin əməkdaşı da həmin kəsişmədə olub. Belə ki, polis əməkdaşı toqquşan avtomobillərin arasında qalıb. Nəticədə, yol polisi əməkdaşı ölümdən dönüb və qolundan yüngül xəsarət alıb.

Həmin görüntüləri təqdim edirik.