18 yanvar 2022 15:23
838

Mənə ünvanlanan çoxsaylı müraciətlərə cavab olaraq deyirəm ki... VİDEO

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ölkə xalqına videomüraciət ünvanlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə məlumatı Qazaxıstan mediası yayıb.

Bu, “Elbası”nın yanvarın ilk günləri ölkədə başlayan kütləvi etiraz aksiyalarından sonra xalqa ilk görüntülü müraciətidir. Belə ki, o, bundan öncə mətbuat katibi vasitəsilə vətəndaşlara Prezident Kasım-Jomart Tokayevin ətrafında birləşmək barədə çağırış etmişdi.

Nazarbayev heç hara getmədiyini, hazırda paytaxt Nur-Sultan şəhərində olduğunu açıqlayıb:

“Mənə ünvanlanan çoxsaylı müraciətlərə və mediada yayılan məlumatlara cavab olaraq deyirəm ki, 2019-cu ildə prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil vermişəm və o zamandan bu yana təqaüdçüyəm və hazırda Qazaxıstanın paytaxtında layiq olduğum istirahətdəyəm və heç hara getməmişəm”.

Qeyd edək ki, Qazaxıstanda iğtişaşlar fonunda N. Nazarbayevin ictimaiyyət qarşısına çıxmaması onun ciddi xəstə və koma halında olduğu, ya da Jirinovskinin bəyan etdiyi kimi, artıq öldüyü barədə iddiaların səslənməsinə səbəb olub.