12 iyun 2018 22:59
2037

Ərəb ailəsində doğulan uşaq dil açarkən ingiliscə danışmağa başlayıb

Onil Mahmud adlı üç yaşlı uşaq  ərəb ailəsində doğulmağına baxmayaraq dil açanda  ingilis dilində danışmağa başlayıb. Maraqlısı da, ondadır ki, uşaq Britaniya ləhcəsi ilə danışmağa başlayıb.  Belə bir maraqlı hadisənin şahidi olmaq üçün dilçi alimlər özləri şəxsən uşaq ilə tanış olublar.

Jurnalistlər aydınlaşdırıblar ki, bu balaca qəhrəmanın ailəsi ancaq ərəb dilində danışır və uşaqlarının ingilis dilində danışması üçün heç bir təlimdən istifadə etməyiblər.

Maraqlıdır, uşaq bu vaxta qədər, ümumiyyətlə, heç danışmayıb, lakin danışmağa başlayanda anidən ingilis dilində danışmağa başlayıb. Hazırda uşağa öz ana dili öyrədilir.

Onu da qeyd etmək lazımdır ki, üç yaşlı uşaq öz yaşıdları ilə ana dilində danışa bilmədiyi üçün onlarla münasibət qurmaqda çətinlik çəkir. O, yalnız ingilis dilndə danışa bilən insanlarla ünsiyyət qura bilir.

Alimlər belə bir fenomen hadisəni “ksenogolosiya” adlandırıblar. Belə ki, insanlar anidən heç vaxt eşitmədikləri dildə danışmağa başlayırlar. Tarixdə elə bir hadisələr baş verib ki, insanlar anidən elmə məlum olmayan “ölü” dilində danışmağa başlayıblar. Lakin alimlər hesab ediblər ki, belə bir  dil ola bilsin ki, ta qədim dövrlərdə istifadə olunan dil olub.

Könül Əliyeva “İki sahil”