18 yanvar 2022 20:55
977

Aygünlə Röya toydan nə qədər alır?

Xalq artistləri Aygün Kazımova və Röya Ayxanın toy qiyməti açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu haqda “Deməsəm olmaz” verilişində məlumat verilib.

Bildirilib ki, hər iki müğənni toyda yarım saat çıxış üçün 8 min manat tələb edir.

Kazımova yarım saat üçün səhnənin istədiyi kimi qurulmasını tələb edir. O, mahnılarını da ansamblı ilə birlikdə canlı oxuyur.