18 yanvar 2022 18:32
838

UNESCO-nun texniki heyət göndərmək məsələsində ikili standartlarla qarşılaşırıq

"UNESCO-nun işğaldan azad edilmiş ərazilərimizə texniki heyət göndərmək məsələsində ikili standartlarla qarşılaşırıq”.

“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Mədəniyyət Nazirliyinin Kollegiya iclasında deyib.

Nazir bildirib ki, ancaq mədəni irsin tanıdılması istiqamətində UNESCO ilə əməkdaşlıq davam etməkdədir.

UNESCO ilə əməkdaşlıqda yeni pilot layihələrin hazırlandığını bildirən nazir təşkilatla əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğuladı. O deyib ki, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə “İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Sədəf sənəti”, “Pəhləvan – ənənəvi zorxana oyunları və idman növləri”, “Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı”, “Çay mədəniyyəti” və “Balaban sənətkarlığı və ifaçılıq sənətləri” nominasiya faylları üzrə müraciət ediləcək.