19 yanvar 2022 19:00
763

“Qalatasaray” onunla vidalaşır

“Qalatasaray” bir futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.

“İki sahil” xəbər verir ki, Türkiyə klubu yarımmüdafiəçi Qustavo Assunçao ilə vidalaşır.

“Cim-bom” mövsümün əvvəlində “Famalikao”dan 100 min avro qarşılığında birillik icarəyə götürdüyü braziliyalı oyunçunun sözləşməsinə xitam verəcək. Türkiyə mətbuatında yayılan məlumata görə, “sarı-qırmızılılar” 22 yaşlı orta sahə oyunçusu ilə yollarını ayırdığını bu gün açıqlayacaq.

Qeyd edək ki, Qustavo Assunçao bu mövsüm “Qalatasaray”ın heyətində cəmi 2 oyun keçirib.