Türkiyənin hərbi hava sənayesi sahəsində fəaliyyət göstərən HAVELSAN şirkəti Azərbaycanda nümayəndəlik açacaq.
“İki sahil” xəbər verir ki, bunu şirkətin baş meneceri Mehmet Akif Nacar “Hərbi Sənaye” dərgisinə müsahibəsində deyib.
O qeyd edib ki, şirkətin artıq Qətər, Oman, Küveyt, Malayziya və Pakistan kimi ölkələrdə ofisi var və Azərbaycandakı nümayəndəliyin yaxın zamanda açılması gözlənilir.