Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyun 2014-cü il tarixli Sərəncamı ilə Xarkov şəhərində Azərbaycan Respublikasının Fəxri Konsulluğu yaradılmışdır. Ukraynanın Xarkov, Sumı, Poltava, Dnepropetrovsk, Zaporojye və Çerniqov vilayətlərini əhatə edən Konsulluq yarandıği ilk günlərdən, Azərbaycan və Ukrayna arasında iqtisadi, elmi, mədəni və sosial əlaqələrin inkişafına kömək göstərməklə yanaşı, mütəmadi olaraq Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət kəsb edən tarixi günlərə və hadisələrə həsr olunmuş tədbirlər təşkil edir.
Azərbaycan xalqının milli matəm günü – 20 Yanvar ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğu Xarkov şəhərinin Puşkin və Qirşman küçələrinin, eləcə də Puşkin və Yaroslav Mudrı küçələrinin kəsişməsində iri reklam lövhələri – biqbordlar yerləşdirib. Əsas məqsəd –Azərbaycan xalqının milli azadlıq mübarizəsi salnaməsində “Qanlı Yanvar” günü kimi qalmış – 1990-cı ilin 20 yanvarında sovet rejiminin Bakıda dinc əhaliyə qarşı törətdiyi cinayətləri şəhər sakinlərinə bir daha xatırlatmaq və 19-23 yanvar 2022-ci il tarixlırində Fəxri Konsulluq binsında təşkil olunacaq “Bakıda Qanlı Yanvar” adlı fotosərgi haqqında məlumat verməkdir.
Yaşar Alxasov
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib