20 yanvar 2022 08:57
713

Türkiyə Azərbaycana 39,5 milyon dollarlıq avtobus ixrac edib

2021-ci ildə Türkiyədən Azərbaycana, o cümlədən Naxçıvana 39 milyon 527 min dollar dəyərində avtobus, mikroavtobus ixrac edilib.

“İki sahil” türk mediasına istinadən xəbər verir ki, keçən il ümumilikdə 83 ölkəyə 1 milyard 266 milyon 255 min ABŞ dolları dəyərində avtobus, mikroavtobus ixrac olunub.

Avtobus və mikroavtubsların ən çox ixrac edildiyi ölkə 334 milyon 22 min dollarla Fransa olub. Bu ölkəni 164 milyon 361 min dollarla Almaniya, 86 milyon 278 min dollarla İtaliya izləyib. Ötən il Gürcüstana 65 milyon 4 min dollarlıq, Macarıstana 56 milyon 66 min dollarlıq, Rumıniyaya 34 milyon 719 min dollarlıq, Serbiyaya 31 milyon 884 min dollarlıq, Portuqaliyaya 28 milyon 667 dollarlıq, Yunanıstana 27 milyon 786 min dollarlıq avtobus və mikroavtobuslar ixrac edilib.