20 yanvar 2022 11:37
967

Hərraclarda qızıl cüzi ucuzlaşıb

Dünya bazarında qızılın qiyməti ötən gün iki ayın ən yüksək həddinə çatandan sonra cüzi azalıb.

“İki sahil” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında bugünkü hərrac zamanı qızılın fevral fyüçersi 0,2 faiz ucuzlaşaraq 1.839,5 USD/oz-dan, gümüşün mart fyüçersi də 0,02 faiz bahalaşaraq 24,233 USD/oz-dan satılıb.

Bunları şərtləndirən amillər arasında ABŞ-ın 10 illik dövlət istiqrazlarının (US Treasuries) karlılığının ötən hərracdakı 1,827 faizdən 1,859 faizədək artması göstərilir. Ekspertlərin fikrincə, ötən gün qızılın bahalaşması istiqrazların karlılığının azalması ilə bağlıdır.