20 yanvar 2022 13:58
327

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

21-22 Yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası və "Arpaçay" Karate Klubunun birgə təşkilatçılğı ilə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı "Arpachay Open" Beynəlxalq Karate turniri keçiriləcək. 

“İki sahil” xəbər verir ki, ənənəvi yarışda ölkənin 30-dək klubunu təmsil edən 550-dək idmançı iştirak edəcək. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq.

6-7, 8-9 və 10-11 yaşlı uşaqlar 21 Yanvarda, 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər isə bazar günü mübarizə aparacaq.

Bakı İdman Sarayında beynəlxalq xatirə turnirinin açılış mərasimi 21 Yanvar saat 17:00-da başlanacaq.