Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri 20 yanvar faciəsinin 32-ci ildönümü münasibəti ilə “Şəhidlər” abidə kompleksini ziyarət edərək abidənin önündə tər qərənfillər düzərək şəhidlərin xatirəsini hörmətlə yad etdilər.
“İki sahil” xəbər verir ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Həmişə dövlətə və dövlətçiliyə sadiq olan leriklilər qan yaddaşımıza əbədi həkk olunmuş özündə faciə və qəhrəmanlığı ehtiva edən 1990-cı ilin 20 Yanvar hadisələrini daim ehtiramla anır, şəhidlərin ruhuna dua edirlər.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib