20 yanvar 2022 14:34
842

Türkiyə XİN rəhbərinin müavini: Can Azərbaycanın yanındayıq

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran ilə görüşüb.

“İki sahil” xəbər verir ki, tərəflər cari regional hadisələri və ikitərəfli əlaqələri müzakirə ediblər.

Nazir müavini 20 Yanvar faciəsinə də toxunub. ‘Müstəqillik yolunda həyatlarını itirmiş 20 Yanvar şəhidlərimizi rəhmət və ehtiramla yad edirik. Biz hər zaman Can Azərbaycanın yanındayıq’, - deyə Y. Kıranın ‘tvitter’ paylaşımında qeyd olunub.