Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2021-ci ildə 1141,8 mln. manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 17,4%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 16,9% artım müşahidə olunub.
2021-ci ildə hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 26707,1 ton qara metallardan sair konstruksiyalar istehsal edilib, metaldan sair məmulatların istehsalı isə 7,2 dəfə artıb.