Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birinci kursunda oxuyan əcnəbi tələbələr Şəhidlər xiyabanını ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, AzMİU-dan bildirilib ki, Əcnəbi tələbələrin təhsili üzrə dekanlığın təşəbbüsü ilə reallaşan ziyarətdə müxtəlif ölkələrdən olan gənclər iştirak ediblər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları tərəfindən paytaxtda, eləcə də bölgələrdə qətlə yetirilən əliyalın insanların uyuduğu xiyabanda əcnəbi tələbələr şəhidlərin məzarlarına tər qərənfillər düzüb, onların xatirəsini ehtiramla anıblar.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib